Onlayn ictimai-siyasi qəzet
Amerika-Almaniya şirkəti “Auterion” Ukraynaya süni intellektlə təchiz olunmuş 33 min ədəd dron “zərbə dəsti” göndərəcək.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Müqavilənin dəyəri 50 milyon dollar təşkil edir və tədarük ilin sonuna qədər ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə razılaşma çərçivəsində həyata keçiriləcək. Bu, indiyədək bu tip sistemlərin ən böyük göndərişi olacaq — əvvəlki tədarüklərdən 10 dəfə çox.
Dəstlərə “Skynode” mini-kompüterləri, xüsusi proqram təminatı, kamera və radio modulları daxildir. Bu texnologiyalar adi dronları tam avtonom döyüş platformalarına çevirir, onları siqnalboğuculara qarşı davamlı edir və 1 km məsafəyə qədər hədəfi izləmə imkanı yaradır.
Sistemlərin daha bir üstünlüyü dronların “sürü rejimində” işləməsi və bir-biri ilə koordinasiya qurmasıdır.
Ekspertlərin fikrincə, bu addım Ukraynanın döyüş meydanında pilotsuz uçuş aparatları ilə üstünlüyünü daha da gücləndirəcək və müasir müharibə texnologiyalarında yeni mərhələ yaradacaq.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ