İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Dağıstan rəhbərinə 8 il həbs cəzası verdi – Sərhədlərin dəyişdirilməsinə dəstək ittihamı


Ukraynanın Çernovtsı şəhər məhkəməsi Dağıstan rəhbəri Sergey Melikovu qiyabi olaraq 8 il azadlıqdan məhrum edib.

Musavat.com-un Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən yaydığı məlumata görə, Melikov Ukraynanın sərhədlərinin dəyişdirilməsinə yönəlmiş hərəkətləri maliyyələşdirməkdə təqsirli bilinib.

SBU-nun açıqlamasında bildirilir ki, Melikov Rusiya Silahlı Qüvvələrinin müharibədə iştirakını aktiv şəkildə dəstəkləyir və Dağıstan əhalisini də bu hərəkətləri dəstəkləməyə çağırır. Qərar onun bu fəaliyyətlərinə görə çıxarılıb.

Qiyabi hökm Ukraynanın Rusiya rəsmilərinə qarşı hüquqi təzyiqləri artırdığı bir dövrə təsadüf edir. Rəsmi Moskva isə hələlik bu qərarla bağlı heç bir şərh verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR