Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Stavropol diyarında Rusiya Milli Qvardiyasının polkovnik-leytenantı və iki hərbçi həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, əməliyyat Stavropol diyarının Tambukan kəndi yaxınlığında həyata keçirilib və nəticədə üç “Rosqvardiya” hərbçisi öldürülüb.
Məlumata görə, həlak olan polkovnik-leytenantın “Avanqard” xüsusi təyinatlı dəstəsinin bir qrupuna rəhbərlik etdiyi iddia edilir.
Qeyd olunur ki, “Avanqard” bölməsi 17-ci Xüsusi Təyinatlı Qüvvələr tərkibində fəaliyyət göstərir. Bu bölmə 1998-ci ildə “Edelveys” birləşmələri əsasında yaradılıb və Mineralnıye Vodı (Novoterski) yaxınlığında yerləşən Rusiya xüsusi təyinatlı birliyidir.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ