Onlayn ictimai-siyasi qəzet
Ukrayna dronlarla Rusiyanın Penza vilayətinə hücum edib.
Musavat.com xəbər verir ki, şəhərdə güclü yanğın qeydə alınıb.
Hadisə şahidlərinin "SHOT" kanalına bildirdiyinə görə, təxminən 20 dəqiqə əvvəl güclü partlayış səsi eşidilib. Şəhərin bir sıra rayonlarında qatı tüstü müşahidə olunur. Hazırda dağıntı və insan tələfatı ilə bağlı rəsmi məlumat verilməyib. Şəhər sakinlərinin sözlərinə görə, əraziyə xilasedicilər cəlb olunub.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hücum Rusiya Müdafiə Nazirliyi və digər hüquq-mühafizə orqanları üçün xüsusi təyinatlı avtomatlaşdırılmış idarəetmə sistemləri istehsal edən “Radiozavod” ASC-yə yönəlib.
İqbal RZAYEV,
Musavat.com
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ