İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Quru qoşunlarının komandanı İSTEFA VERDİ

Ukrayna Quru qoşunlarının komandanı Mixaylo Drapatiy ordunun təlim bölməsinə hücumdan sonra istefa qərarını açıqlayıb.

Bu barədə o, özünün Telegram kanalında məlumat verib.

"Mən Ukrayna Quru qoşunlarının komandanı vəzifəsindən istefa verməyimlə bağlı hesabat təqdim etmək qərarına gəldim. Bu, faciəyə görə şəxsi məsuliyyət hissimin diktə etdiyi şüurlu addımdır", - o yazıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Quru qoşunlarının təlim bölmələrindən birinə raket zərbəsi endirilib. Nəticədə 12 hərbçi həlak olub, 60-dan çoxu yaralanıb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR