 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk bildirib ki, Ukrayna dron hücumları Rusiya neft sənayesinə ciddi zərbə vurub.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, son aylarda 160-dan çox dəqiq zərbə Rusiya ərazisindəki neft emalı zavodlarına və strateji obyektlərə endirilib.
“Sentyabr–oktyabr aylarında bir neçə əsas NEZ məhv edildi, nəticədə neft hasilatı 90%, yanacaq təchizatı isə 20%-dən çox azaldı,” – deyə Malyuk açıqlayıb.
Xidmət rəhbəri əlavə edib ki, 2025-ci ilin əvvəlindən etibarən Rusiyanın ‘Pantsir’ hava müdafiə sistemlərinin 40%-i məhv edilib, halbuki Rusiya ildə cəmi 30 ədəd belə qurğu istehsal edə bilir.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ