Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov Böyük Britaniyanın nüfuzlu “The Times” qəzetinə verdiyi müsahibəsində dünya gündəmini silkələyəcək bəyanatlar səsləndirib. Reznikov açıq şəkildə bildirib ki, Ukrayna artıq yaxın gələcəkdə Rusiya ilə sülhə ümid etmir və müharibənin sonu yalnız Putinin hakimiyyətdən getməsi və ya ölməsi ilə mümkün ola bilər.
Reznikov deyib:
“Ukraynada getdikcə daha çox insan anlayır ki, Rusiya ilə bu savaş uzun illər davam edə bilər. Bu, bir günlük və ya bir aylıq müharibə deyil".
O, həmçinin vurğulayıb ki, rəsmi Kiyev bütün diqqətini danışıqlara və güzəştlərə yox, məhz uzunmüddətli mübarizəyə hazırlığa yönəldib: “Biz danışıqlarla deyil, müqavimətlə məşğuluq.”
Reznikovun bu bəyanatı əslində Ukrayna rəhbərliyinin öz xalqını uzun sürəcək müharibəyə hazırlamaq xəttini təsdiqləyir. Eks-nazir bununla Putinin mövcudluğu davam etdiyi müddətdə heç bir real sülh prosesinin mümkün olmadığını açıq şəkildə etiraf etmiş oldu.
Eyni zamanda müsahibədə qeyd olunur ki, hazırda ABŞ prezidenti Trampın Rusiyayla münasibətlərinin əvvəlki kimi isti olmaması da Ukraynadakı vəziyyətə müəyyən təsirlər göstərə bilər. Amma Kiyev üçün əsas faktor Kremlin başında hələ də Putinin dayanmasıdır.
Musavat.com
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ