Onlayn ictimai-siyasi qəzet
Ukrayna hökuməti son illərdə apardığı silah alqı-satqısı ilə bağlı yeni qalmaqalla gündəmdədir.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Financial Times" nəşri yayıb.
Araşdırmada bildirilir ki, bəzi hallarda Kiyev az tanınan şirkətlərə böyük məbləğdə avanslar ödəyib, lakin həmin şirkətlər silahları hələ də təhvil verməyib.
Mənbələr qeyd edir ki, bəzi hallarda isə Ukrayna silahları "aşırı yüksək qiymətlərlə" alıb və alınan texnika istifadəyə tam yararsız çıxıb.
"Financial Times" yazır ki, şübhəli təchizatçılar və üçüncü tərəflər vasitəsilə aparılan bu proses Ukraynaya üç il ərzində yüz milyonlarla dollar ziyan vurub. Bu qalmaqal ölkənin müdafiə strategiyasında şəffaflıq və nəzarət mexanizmlərinin zəifliyini bir daha gündəmə gətirib.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ