İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya müharibə başlayandan bəri ən böyük hava hücumu – 728 kamikadze dron bir gecədə

Ukrayna ötən gecə tammiqyaslı müharibə başlayandan bəri ən genişmiqyaslı hava hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının açıqlamasına görə, ölkə ərazisinə ümumilikdə 728 ədəd kamikadze tipli zərbə dronu buraxılıb. Bu, müharibə ərzində qeydə alınan ən yüksək rəqəmdir.

Ukrayna tərəfi bildirir ki, həmin dronların 711-i hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, lakin 17 ədəd dron hədəfə çatıb və dağıntılara səbəb olub.

Bununla yanaşı, Rusiya Ukraynaya 14 raket də atıb. Onlardan 7-si qanadlı raketlər olub və Hava Qüvvələri onların hamısını zərərsizləşdirə bilib. Lakin 6 ədəd “Kinjal” tipli hipersəs raketi müdafiə sistemlərini yararaq hədəflərinə çatıb.

Ukrayna mediası hücumu "cəbhəarxasında gecə dəhşəti" kimi qiymətləndirir. Hələlik zərərin miqyası və insan tələfatı barədə məlumat verilmir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR