Onlayn ictimai-siyasi qəzet
Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, Uraldakı Azərbaycan diasporasının rəhbərinin oğlu Mutvalı Şıxlinski məhkəmə zalından RİA Novosti müxbirinə açıqlama verib.
Şıxlinski özünü təqsirli bilmədiyini bildirib, hadisəyə görə təəssüf hissi keçirdiyini, lakin əməliyyatçını görmədiyini iddia edib.
Qeyd edək ki, Mutvalı Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur. Onun vəkili Pavel Korobov isə məhkəmənin çıxardığı həbs qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ