İnsanlara hürriyət, millətlərə istiqlal!

Ursula fon der Lyayenə etimadsızlıq səsverməsinin nəticələri açıqlandı

Avropa Parlamenti Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə etimadsızlıq səsverməsinin əleyhinə qərar verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Avropa Parlamentinin 360 üzvü Lyayenə tam etimadla səs verib.

Etimadsızlığı 175 deputat dəstəkləyib, daha 18 üzv bitərəf qalıb.

Qeyd edək ki, təklif çoxluğun səsini alsaydı, Ursula fon der Lyayen istefa verməyə məcbur olacaqdı.

Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsinin müəllifi Rumıniya parlamentinin üzvü Qeorqe Pipera olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR