İnsanlara hürriyət, millətlərə istiqlal!

Vanqadan 2025-ci il üçün DƏHŞƏTLİ PROQNOZ - Dünya çalxalanacaq, bu il...

Məşhur bolqar kahini Vanqa ilə "canlı Nostradamus" kimi tanınan braziliyalı ekstrasens Athos Salome-nin 2025-ci ilə dair verdiyi proqnozlar ciddi narahatlığa səbəb olub.

Musavat.com xəbər verir ki, "Daily Mail"in məlumatına görə, hər iki mistik şəxs bu ilin bəşəriyyət üçün dönüş nöqtəsi ola biləcəyini və yadplanetlilərlə ilk real təmasın baş verəcəyini iddia edir.

1996-cı ildə vəfat edən Vanqanın illər əvvəl səsləndirdiyi fikrə görə, 2025-ci ildə keçiriləcək böyük bir idman tədbiri zamanı insanlar ilk dəfə olaraq dünya xaricindən gələn varlıqlarla qarşılaşacaq. Onun bu qeyri-adi proqnozunu braziliyalı Athos Salome də təsdiqləyib.

Salome bildirir ki, James Webb teleskopu və digər qabaqcıl texnologiyalar vasitəsilə kosmosla bağlı məlumatlara çıxış artdıqca, yadplanetli həyatla əlaqə qurulması artıq yalnız nəzəriyyə olmaqdan çıxır. O qeyd edir ki, bəzi dövlətlər, xüsusilə də ABŞ, bu istiqamətdə illərdir topladıqları gizli sənədləri ictimaiyyətə təqdim edə bilər.

Onun sözlərinə görə: “Əgər bu sənədlər açıqlansa, insanlar uzun illərdir düşündüklərinin əksinə olaraq, kainatda tək olmadıqlarını anlayacaq. Bu isə həm psixoloji, həm də siyasi sahədə dərin dəyişikliklərə səbəb ola bilər.”

Athos Salome yalnız kosmosla bağlı deyil, həm də yer üzündə baş verə biləcək ciddi böhranlara diqqət çəkib. Onun fikrincə, dünyada artan siyasi gərginliklər Üçüncü Dünya Müharibəsi ehtimalını daha real hala gətirir və 2025-ci il bu baxımdan həlledici ola bilər.

O, süni intellektin inkişaf sürətini də ciddi risk hesab edir: “Süni zəka artıq memarlıqdan tutmuş, tibbi diaqnozlara qədər bir çox sahədə insanları əvəz etməyə başlayıb. Lakin bu texnologiyanın nəzarətdən çıxması təhlükəsi də hər ötən gün artır.”

Salome vurğulayıb ki, əgər insanlar süni zəkanın böyümə tempinə nəzarət edə bilməsələr, gələcəkdə texnologiyanın özü idarəedici qüvvəyə çevrilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR