Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Vasif Məhərrəmli səhhətinin pisləşməsi ilə bağlı yayılan videodan danışıb.
Musavat.com xəbər verir ki, müğənni görüntülərin illər əvvələ aid olduğunu bildirib.
Vasif Məhərrəmli qeyd edib ki, bəziləri onun toy biznesinə mane olmaq istəyirlər:
"Ölkədə deyiləm, amma olan xoş və neqativ hadisələrdən xəbərdaram. Guya xəstələnmişəm. Həmin görüntülər 15 il əvvələ aiddir. Onda Zaur Kamal ARB TV-də işləmirdi. Efirdə təzyiqim qalxdı, təcili yardım gəldi. Ondan sonra bir gün xəstəxanada qaldım. İllər sonra belə hadisəni gündəmə gətirmək nəyə lazımdır?
Qarşıdan iyun ayı və toy mövsümü gəlir. Belə edirlər ki, insanlar məni toyuna çağırmasın. Arzunuz ürəyinizdə qalacaq. Bir insanı Allah qaldırırsa, heç kim onu yıxa bilməz".
Könül
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ