İnsanlara hürriyət, millətlərə istiqlal!

Vens Harvardla düşmənçiliyin səbəbini açıqladı: Prezident seçkilərində...

Amerika universitetləri azadlıq ruhunu itirir və totalitar cəmiyyətlərə bənzəməyə başlayır ki, bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri çərşənbə axşamı ABŞ-ın vitse-prezidenti C.D.Vens “American Compass” qeyri-hökumət analitik mərkəzinin təşkil etdiyi konfransda səsləndirib: "Bizim elmi ictimaiyyətimiz "narahat" mövzuları araşdırmaq və gənc şüurları həqiqətin arxasınca getməyə təşviq etmək üçün daha açıq olmalıdır. Universitetlər demək olar ki, kvazi-teokratik və ya kvazi-totalitar cəmiyyətlərə çevrilib".

Vensin fikrincə, Amerika akademik dairələrində siyasi baxışların vahidliyi hökm sürür və bu, sərbəst fikir mübadiləsinə mane olur: "Mən Harvard icmasının 2024-cü il seçkilərində necə səs verdiyini dəqiq bilmirəm. Ən yaxşı təxminlərimə görə, onların ən azı 90 faizi və yəqin ki, 95 faizi Kamala Harrisə səs verib. Əgər başqa ölkədə keçirilən seçkilərdə əhalinin 80 faizi bir namizədə səs versəydi, bunun qəribə və çox sağlam olmadığını söyləyərdiniz. Düşünürəm ki, biz universitetlərdə ideoloji müxtəlifliyi artırmalıyıq. Və o zaman dedikləriniz Overton pəncərəsindən bir qədər kənarda olsa, işinizi itirmək qorxusu olmadan açıq müzakirələr apara biləcəyiniz yerlərimiz olacaq. Düşünürəm ki, elm çox yaxşı vəziyyətdə olacaq, institutların keyfiyyəti daha yüksək olacaq. Bizə yüksək keyfiyyətli universitetlər lazımdır, bizdə isə onlar yoxdur, problem bundadır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR