Onlayn ictimai-siyasi qəzet
Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması zamanı problemin daha geniş miqyas aldığı müəyyən edilib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəzanın həcminin böyük olduğu aşkarlanıb.
Bu səbəbdən təmir işlərinin icra müddəti 8 mart tarixinə qədər uzadılıb.
Bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlar, "Vorovski" qəsəbəsi və Nərimanov rayonunun bir hissəsində suyun verilişində fasilə yaranıb.
Qeyd olunub ki, sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ