Onlayn ictimai-siyasi qəzet
"X" şirkətinin baş direktoru Linda Yaccarino istefa verib.
Milli.Az xəbər verir ki, İlon Maska məxsus "X" (əvvəlki Twitter) sosial platformasının baş direktoru Linda Yaccarino istefa verib. Bu barədə iyulun 9-da ABŞ mediası məlumat yayıb.
Yaccarino istefasını şəxsi qərar olaraq təqdim edib. O, 2023-cü ilin iyununda NBCUniversal şirkətindən "X"ə keçmiş və platformanın reklam strategiyasını yenidən qurmaqla məşğul olmuşdu. Onun rəhbərliyi dövründə video funksiyalar genişləndirilib, süni intellekt alətləri inteqrasiya edilib və "Community Notes" sistemi inkişaf etdirilib.
Məlumata görə istefa qərarı platformaya bağlı süni intellekt aləti "Grok"un antisemitik məzmun yaratmasından sonra verilib. Hadisə ictimaiyyətdə ciddi reaksiya doğurub və şirkətə qarşı təzyiqləri artırıb.
Ekspertlər Yaccarino ilə Musk arasında idarəetmə fərqlərinin uzun müddətdir müzakirə edildiyini bildirir. Onun gedişi fonunda "X" platformasının gələcək strategiyası və rəhbərlik strukturu ilə bağlı suallar yaranıb.
Hazırda şirkət yeni baş direktor axtarışına başlamayıb. Müvəqqəti idarəetməni İlon Maskın özünün üzərinə götürəcəyi ehtimal edilir.
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ