İnsanlara hürriyət, millətlərə istiqlal!

Xabi Alonso Mbappe və Vinisiusla bağlı qərar verdi

Madrid "Real"ının yeni baş məşqçisi Xabi Alonso komandanın hücum xəttindəki əsas fiqurlardan sayılan Kilian Mbappe və Vinisius Juniorla bağlı qərar verib.

İspan çalışdırıcı iki hücumçunun yer alacağı taktiki sxemə üstünlük verəcək.

O, "Kral klubu"nda 5-3-2 və 4-4-2 sxemlərini tətbiq edəcək. Belə olan halda, yeni baş məşqçi ön xətdə Kilian Mbappe - Vinisius Junior tandemini oynayadacaq.

Digər hücumçu Rodriqonun isə komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Alonso "Real"da işinə iyunun əvvəllərində - klublararası dünya çempionatının startı ərəfəsində başlayacaq.   (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR