Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Trampın verdiyi 24 saatlıq ultimatumdan dərhal sonra X (əvvəlki Twitter) sosial platformasında dramatik və açıq mesaj yayımlayıb.
Paylaşımında o, həm Trampa, həm də İsrailə açıq hədə ünvanlayıb:
“Döyüş başlayır” – bu sözlərlə başlayan bəyanat Yaxın Şərqdə silahlı qarşıdurmanın daha da dərinləşəcəyinə işarədir.
Xamenei fars dilində paylaşdığı mesajda İslam tarixində Həzrət Əlinin Xeybər qalasını fəth etməsinə istinad edərək yazıb:
“Həzrət Əlinin Zülfüqarı ilə Xeybərə qayıtdığı kimi, biz də döyüşə başlayırıq!”
Bu çağırış yalnız poetik deyil, həm də İranın dini-ideoloji mübarizəsinin və müqavimət cəbhəsinin yenidən fəallaşdığının göstəricisidir.
Xamenei ingilis dilində də paylaşım edərək bəyan edib:
“Sionist terror rejiminə güclü cavab verməliyik. Onlara qarşı heç bir mərhəmət olmayacaq!”
Bu bəyanat İranın İsrailə qarşı genişmiqyaslı raket və dron hücumlarını davam etdirməyə hazır olduğuna açıq işarədir.
Trampın 24 saatlıq ultimatumuna cavab
Donald Tramp bir neçə saat öncə İrana 24 saatlıq möhlət vermişdi:
“İran raket və nüvə proqramlarından əl çəkməli və şərtsiz təslim olmalıdır. Əks halda nəticələr ağır olacaq.”
Xameneinin “döyüş başlayır” mesajı isə bu ultimatumun qəti şəkildə rədd edildiyini göstərir.
Hazırda ABŞ və İsrailin bölgədəki hərbi mövqeləri gücləndirilir. İran isə gizli və aşkar, amma azsaylı müttəfiqləri vasitəsilə “müqavimət cəbhəsini” genişləndirməyə çalışır.
Musavat.com -a görə, ABŞ-İran və İsrail-İran münasibətləri tarixinin ən gərgin mərhələsinə daxil olub.
Bundan sonrası fəlakət ssenarilərinin gerçəkləşməsi olacaq.
(Əli Xameneinin X hesabında ‘döyüşün başlanması’ mesajı. Tərcüməsi: "Heydərin adı ilə döyüş başlayır.”)
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ