İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN-də yeni idarə yaradıldı

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi olub, yeni idarə yaradılıb.

Musavat.com-a daxil olan məlumata görə, struktur cədvəli iyunun 18-də rəsmiləşdirilib. Nazirliyin nəzdində İqlim diplomatiyası idarəsi təsis olunub.

Yeni idarəyə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev rəhbərlik edəcək.
Xatırladaq ki, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində keçirilən “Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı” konfransında bildirmişdi ki, Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis ediləcək.

XİN başçısının müavini qeyd etmişdi ki, idarə bundan sonrakı müddətdə iqlimə bağlı beynəlxalq platformalar çərçivəsində aparılan danışıqların davamlı iştirakçısı olaraq bu prosesdə Azərbaycanın töhfəsini təmin edəcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR