Onlayn ictimai-siyasi qəzet
Xına gecəsində ərini yengəsindən qısqanan gəlin, xınanı bəyin əlinə özü yaxıb.
Sosial şəbəkələrdə paylaşılan bir xına gecəsi videosu qısa zamanda geniş marağa səbəb olub.
Görüntülərdə xına yaxma mərasimi zamanı bəyə xına yaxmaq istəyən yengəyə gəlinin müdaxilə etdiyi görünür. Ərini qısqandığı açıq şəkildə hiss olunan gəlin, xınanı bəyin əlinə öz əlləri ilə yaxıb.
Həmin anlar sosial mediada milyonlarla dəfə izlənilib. Videoya yazılan şərhlər də xüsusi diqqət çəkib. Xüsusilə “O qız da heyran olmuşdu sanki ərinə xına yaxmağa” şərhi minlərlə bəyənmə toplayıb./Lent.az
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ