İnsanlara hürriyət, millətlərə istiqlal!

Xomeynə raket zərbəsi: 8 iranlı hərbçi həlak oldu

İranın Mərkəzi vilayətinə daxil olan Xomeyn şəhərində bu səhər baş vermiş raket hücumu nəticəsində 8 hərbçi həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə vilayət rəsmiləri məlumat yayıb.

Rəsmi açıqlamaya görə, hücum “sionist rejimin” (İsrailin) həyata keçirdiyi zərbələr nəticəsində baş verib. Həlak olanlardan 6-sı İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH), 2-si isə “Bəsic” könüllülər dəstəsinin üzvləri olub. Onlar “İran vətənini müdafiə edərkən şəhid olublar”, – deyə məlumatda qeyd olunub.


Bu hücum, İsrailin son günlərdə İran ərazisində həyata keçirdiyi dəqiq hədəfli zərbələrin davamı kimi qiymətləndirilir. Son itkilər İranda hərbi dairələrdə və ictimaiyyət arasında narahatlıq yaradıb və cavab tədbirlərinin mümkünlüyü müzakirə olunur.

İran tərəfi hücuma rəsmi reaksiya verməsə də, SEPAH komandanlığı səfərbərlik və hərbi hazırlıq vəziyyətini artırdığını açıqlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR