İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya bu dəfə də BACARMADI: İkinci cəhd UĞURSUZ OLDU - VİDEO

Yaponiyanın “Resilience” adlı kosmik aparatı Aya enməyə cəhd edərkən qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, aparat Yerin peykinə yaxınlaşarkən sürətini azalda bilməyib və sərt enişdən sonra onunla əlaqə itib.

Qəza baş verməzdən əvvəl aparat Ay səthindən görüntüləri yayımlayırdı.

Məlumata görə, missiya uğurlu olsaydı, Tokioda yerləşən "ispace" şirkəti ABŞ-dan kənarda Ay səthinə özəl aparat endirən ilk şirkət olacaqdı. Şirkətin 500-dən çox əməkdaşı və sponsorlarının iştirak etdiyi zalda, planlaşdırılmış enişə cəmi iki dəqiqə qalmış uçuş məlumatları itəndə sükut çöküb.

Qeyd edək ki, "ispace" şirkətinin ilk eniş modulu isə 2023-cü ilin aprelində hündürlüyün dəqiq müəyyən olunmaması səbəbindən Ay səthinə çırpılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR