Onlayn ictimai-siyasi qəzet
Yaponiya Müdafiə Nazirliyi 2025-ci maliyyə ili üçün rekord həcmdə – 60 milyard dollar vəsait ayırmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatda bildirilir ki, ayrılan büdcənin əsas hissəsi uzaqmənzilli raketlərin və pilotsuz uçuş aparatlarının alınmasına yönəldiləcək. Bu addım Tokionun bölgədə artan Çin və Şimali Koreya təhlükəsinə qarşı hərbi imkanlarını gücləndirmək niyyətindən xəbər verir.
Ekspertlər hesab edirlər ki, bu qərar Asiya-Sakit okean regionunda hərbi balansı dəyişə və silahlanma yarışını daha da sürətləndirə bilər.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ