İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarım saatda iki qəza - ABŞ təyyarədaşıyan gəmisində fövqəladə hadisə

Yarım saat ərzində Cənubi Çin dənizində iki ABŞ hərbi maşını – “MH-60R Sea Hawk” helikopteri və “F/A-18F Super Hornet” qırıcı-bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, bütün heyət üzvləri xilas edilib.

ABŞ Sakit okean donanması komandanlığının məlumatına görə, hər iki hadisə 26 oktyabrda “USS Nimitz” təyyarədaşıyan gəmisinin adi əməliyyatları zamanı baş verib.

“MH-60R Sea Hawk” helikopteri əvvəlcə yerli vaxtla təxminən saat 14:45-də qəzaya uğrayıb. Üç heyət üzvü təhlükəsiz şəkildə gəminin göyərtəsinə qaldırılıb.

Təxminən yarım saat sonra, saat 15:15-də adi əməliyyatlarda olan “F/A-18F Super Hornet” qırıcı-bombardmançı təyyarəsi də dənizə düşüb. İki pilot katapult etməyi bacarıb və axtarış qrupu tərəfindən xilas edilib. Hadisələrin səbəbləri araşdırılır. ABŞ hərbi dəniz qüvvələrinin rəsmiləri qəzaların bir-biri ilə əlaqəsiz olduğunu və heyət üzvlərinin vəziyyətinin sabit olduğunu vurğulayıblar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR