İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəhərlənərək ölən Dərya tatu ustası imiş - DETALLAR

Bakıda həyatını itirən 2005-ci il təvəllüdlü Dərya Ağayevanın doğmaları onun vaxtsız ölümünün təfərrüatını Baku TV-yə danışıblar.

Onlar bildiriblər ki, sosial şəbəkələrdə yayılan məlumatların böyük əksəriyyəti həqiqəti əks etdirmir. 20 yaşlı qız universitet tələbəsi olmayıb, pirsinq və tatu ustası kimi işləyirmiş.

Hadisənin baş verdiyi gün qarpız yedikdən sonra vəziyyəti pisləşib. Mərhumun bundan əvvəl də qıcolmaları olurmuş.

"Qarpız yedikdən sonra yatdı. 4-5 saat sonra anam məni yuxudan oyadıb dedi ki, Dərya özünü pis hiss edir, xəstəxanaya getməliyik. Təcili tibbi yardım maşınında komaya düşdü. Epilepsiyası var idi, zəhərlənib və qıcolma vəziyyətinə düşüb", - deyə mərhumun qardaşı bildirib.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR