İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Bu, Rusiyanın dezinformasiyasıdır”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu gün Çasov Yar barədə yayılan xəbərlər Rusiya tərəfindən yayılan dezinformasiyadır. O qeyd edib ki, Ukrayna bölmələri Donetsk, Sumı və Xarkov vilayətlərində öz mövqelərini qoruyur və Rusiyanın irəliləmə cəhdlərini nəhayətində dəf edir.

Musavat.com xəbər verir ki, Prezident həmçinin Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski ilə cəbhədəki vəziyyət barədə məruzəni dinlədiyini bildirib. Onun sözlərinə görə, xüsusilə Pokrovski istiqamətində vəziyyət gərgindir, lakin Ukrayna ordusu mövqelərini qoruyub saxlayır. “Pokrovsk, Dobropolye – məhz bu ərazilərdə döyüşlərin intensivliyi daha yüksəkdir. Əsas məsələ odur ki, bizim hərbçilər rus diversiya-kəşfiyyat qruplarını və şəhərə soxulmağa və orada möhkəmlənməyə çalışan kiçik düşmən birləşmələrini məhv edirlər,” – deyə Zelenski əlavə edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR