Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı səs-küylü açıqlama verib. Sosial şəbəkədə paylaşdığı bəyanatda Tramp bildirib ki, ona verilən məlumatlara görə, yalnız bu ay ərzində 20 minə yaxın rus əsgəri döyüşlərdə həlak olub.
Tramp Rusiya ordusunun 2025-ci ilin əvvəlindən bəri verdiyi itkilərin 112 500 nəfər olduğunu deyib. Onun sözlərinə görə, bu rəqəm “lazımsız ölümlərin” miqyasını göstərir.
Tramp bildirib ki, Ukrayna tərəfi də ciddi zərər görüb. 2025-ci il yanvarın 1-dən bu günə qədər 8 minə yaxın ukraynalı hərbçi həlak olub və bu rəqəmə itkin düşənlər daxil deyil. Tramp qeyd edib ki, rus raketləri Kiyev və digər Ukrayna şəhərlərinə dəyir və bu zaman az sayda olsa da, mülki əhali də həyatını itirir.
ABŞ prezidenti bəyanatında bu sözlərlə diqqət çəkib:
“Bu, heç vaxt baş verməməli olan bir müharibədir. Bu, Baydenin müharibəsidir, Trampın yox. Mən buradayam ki, bunun qarşısını alım!”
Trampın bu bəyanatı, onun Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla həllinə sadiq qaldığını və Bayden administrasiyasını bu münaqişənin əsas səbəbkarı kimi göstərdiyini ortaya qoyur. Prezidentin ritorikası həm də 2025-ci ilin ikinci yarısında sülh təşəbbüslərinin gündəmdə olacağına işarədir.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ