Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Vladimir Zelenski Kopenhagendə (Danimarka) Avropa liderləri ilə görüşəcək.
"Report"un "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.
V.Zelenski həmçinin bu gün təxminən 50 dövlət və hökumət başçısının, eləcə də Avropa İttifaqı liderlərinin iştirak edəcəyi Avropa Siyasi Birliyi qarşısında çıxış edəcək.
O, daha sonra Danimarkanın Baş naziri ilə birgə mətbuat konfransı keçirəcək və burada Avropa siyasətçiləri ilə görüşün nəticələri barədə məlumat verəcək.
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ