Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçill ilə özünü müqayisə edib.
Musavat.com xəbər verir ki, onun bu açıqlamasını Avropa nəşri olan "Politico" yayıb.
Rusiyaya qarşı müharibənin gedişində nə dərəcədə tərəddüdlə üzləşdiyi sualına cavab verən Zelenski bildirib:
“Hətta Uinston Çörçill də İkinci Dünya müharibəsində nasistlərlə mübarizə apararkən ümidsizlik anları yaşayırdı.”
Zelenski qeyd edib ki, Ukraynada heç kimdən daha az tərəddüd keçirmir, lakin bir fərqi var – o, ölkənin prezidentidir:
“Mən prezidentəm. Ona görə də bu müharibə bitənədək bircə dəqiqə belə zəiflik göstərməyəcəyəm. Və qaranlıq günlərimi heç kimlə bölüşməyəcəyəm.”
Zelenskinin bu bəyanatı onun liderlik mövqeyini və daxili çətinlikləri cəmiyyətə əks etdirməmək qərarını bir daha ortaya qoyur.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ