Onlayn ictimai-siyasi qəzet
Ukraynanın baş naziri Denis Şmıqal müdafiə naziri postuna təyin oluna bilər.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko məlumat verib.
“Ola bilər ki, müdafiə naziri vəzifəsinə rəqəmsal transformasiya naziri Mixail Fedorov təyin olunsun. Namizədlər arasında həmçinin Denis Şmıqal da var”, – deyə o, Telegram kanalında yazıb.
Lakin bu məlumatı haradan əldə etdiyini açıqlamayıb.
İyulun 10-da Volodimir Zelenski bildirib ki, ölkənin hazırkı müdafiə naziri Rustem Umerov Ukraynanın ABŞ-dakı yeni səfiri ola bilər. Zelenskinin fikrincə, bu, hökumətdə ciddi dəyişikliklərə səbəb olacaq. Şənbə günü Zelenski Umerovla görüş keçirib və görüşdən sonra Telegram kanalında bildirib ki, “Ukraynanın ABŞ-la münasibətlərində daha çox pozitiv dinamika lazımdır, eyni zamanda dövlətin müdafiə sahəsində idarəetmədə yeni addımlar atılmalıdır”. O, müvafiq qərarların “yaxın vaxtlarda” açıqlanacağını vəd edib.
Musavat.com
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ