Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya rus opera müğənnisi Anna Netrebkonun London Kral Opera Evindəki çıxışının ləğv edilməsini tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Yelena Zelenskaya Kral Opera Evini Anna Netrebkonun çıxışlarına dəstək verdiyi üçün tənqid edib.
Ukraynanın birinci xanımı bildirib ki, bu qərar onda “mənfi təəssürat” yaradıb və bu, üç illik müharibə dövründə rus sənətçilərinə tətbiq edilən qeyri-rəsmi mədəni boykotun faktiki olaraq sonuna işarə edir.
Qeyd edək ki, Netrebko 2015-ci ildən Rusiyada yaşamır və orada çıxış etmir.
Buna baxmayaraq, London Kral Opera Evi Anna Netrebkoyu müdafiə edib və onun proqramdan kənarlaşdırılmayacağını açıqlayıb.
Musavat.com
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ