Onlayn ictimai-siyasi qəzet
Ağdamda 13 yaşlı qızla münasibətdə olan şəxs həbs edilib. Həmin şəxs münasibətdə olduğu qızın anası ilə sevgili imiş.
Musavat.com xəbər verir ki, baş verən hadisəyə görə 35 yaşlı Roman (ad şərtidir) həbs edilib.
Məlumata görə, Romanın Sevda (ad şərtdir) adlı qadınla münasibəti yaranıb. Ailəli olan qadının 13 yaşlı qızı olub. Roman Sevda ilə mütəmadi olaraq görüşürmüş. Həmin görüşlər Sevdanın evində də baş tuturmuş.
Həmin görüşlərdən birində Sevdanın əri evə gəlib. Bu zaman Sevda Romanı 13 yaşlı qızının otağında gizlədib. Gecəni orada qalan Roman 13 yaşlı qızla cinsi münasibətdə olub.
Bu hadisənin üstü açılandan sonra Roman 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan şəxsə qarşı qəsdən seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinərək həbs edilib.
İstintaq zamanı məlum olub ki, zərərçəkmiş qız şikayətçi olmayıb. O, Romanla könüllü münasibətdə olduğunu deyib. Qızın anası da Romandan şikayətçi olmayıb.
Roman 3 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ