Onlayn ictimai-siyasi qəzet
ATƏT-ə üzv olan 40 ölkə Rusiyanın əsir götürdüyü ukraynalı hərbçilərə işgəncə və qeyri-insani rəftar etməsi ilə bağlı rəsmi araşdırmaya başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Araşdırma “Moskva mexanizmi” çərçivəsində aparılacaq. Həmin mexanizm ATƏT üzvlərinə digər üzv ölkələrdə insan haqları pozuntularını araşdırmaq imkanı verir.
İddialara görə, Rusiya əsir saxladığı ukraynalılara qarşı sistemli şəkildə zorakılıq tətbiq edib.
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ