Onlayn ictimai-siyasi qəzet
Rumıniya Müdafiə Nazirliyi açıqlayıb ki, Vaşinqton Avropadakı Amerika qoşunlarının sayını azaltmaq qərarına gəlib və bu barədə artıq Buxarest və digər NATO müttəfiqlərinə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, nazirliyin məlumatına görə, rotasiyası dayandırılacaq bölmələr arasında Rumıniyaya göndərilməli olan hissələr də var. Bu bölmələr əsasən “Mihay Kogelniceanu” aviabazasında dislokasiya olunurdu.
Sözügedən aviabaza ABŞ ordusu tərəfindən 1999-cu ildən bəri istifadə olunur. Hazırda orada ABŞ-ın 101-ci hava-desant diviziyası və NATO müttəfiqlərinə məxsus qırıcı təyyarələr yerləşir.
“Mihay Kogelniceanu” aviabazası Rumıniya Silahlı Qüvvələrinin ən bahalı və strateji hərbi obyektlərindən biri hesab olunur.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ