İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bizə HAVA HÜCUMUNDAN MÜDAFİƏ sistemlərini satmaq istəmir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın ölkəsinə Hava Hücumundan Müdafiə (HHM) sistemləri satmaqdan belə imtina etdiyini bildirib.

Musavat.com bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

“Biz Ukraynanın HHM imkanlarını artırmaq üçün çalışırıq. ABŞ-dan müsbət və konkret siqnallara ehtiyacımız var. Biz bu günə qədər ABŞ-a təqdim etdiyimiz HHM sistemlərinin alınması təklifinə cavab gözləyirik. Konkret cavablar istəyirik, sadəcə sözlər yox”, – deyə Zelenski vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR