Onlayn ictimai-siyasi qəzet
ABŞ və Braziliya prezidentləri Donald Tramp və Luis İnasio Lula da Silva arasında dünən APEC sammiti çərçivəsində keçirilən görüş iki ölkə arasındakı münasibətlərə müsbət təsir göstərəcək.
Musavat.com xəbər verir ki, bunu Tramp deyib. Onun sözləri Ağ Evin X hesabında yayınlanıb: "Düşünürəm ki, hər iki ölkə üçün olduqca yaxşı razılaşmalar əldə edə bilərik".
Tramp əlavə edib ki, "Braziliya prezidenti ilə birlikdə olmaq böyük şərəfdir".
Lula da Silva öz növbəsində bildirib ki, "bazar günü Malayziyada Prezident Trampla əla görüş keçirib": "İkitərəfli ticarət və iqtisadi məsələləri səmimi və konstruktiv müzakirə etdik".
"The Hill" qəzeti xəbər verir ki, iki prezident bu ayın əvvəlində telefon danışığı zamanı Braziliya mallarına ABŞ tariflərini müzakirə ediblər. Braziliya prezidenti Trampdan tətbiq etdiyi əlavə rüsumları ləğv etməsini xahiş edib istəyib.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ