İnsanlara hürriyət, millətlərə istiqlal!

“Saab” Ukraynada “Gripen” qırıcı təyyarələrinin yığım zavodu tikəcək

İsveç Ukraynaya 150-yə qədər “Gripen” qırıcı təyyarəsi sata bilər və “Saab” bu məqsədlə ölkədə yığım zavodu tikəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İsveçin təyyarə və müdafiə şirkəti “Saab”ın baş direktoru Mikael Yohanson bu barədə Financial Times qəzetinə verdiyi müsahibədə bildirib. O, planlara istehsal həcminin təxminən ikiqat artırılmasının daxil olduğunu və bu gücün bir hissəsinin Ukraynadakı yeni yığım zavodunda yerləşəcəyini bildirib.

22 oktyabrda İsveçin baş naziri Ulf Kristersson Ukrayna prezidenti Volodimir Zelenski ilə Kiyevə 100-150 “Gripen E” seriyalı qırıcı təyyarələrin tədarükü imkanlarını müzakirə edən niyyət məktubu imzaladığını bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR