Onlayn ictimai-siyasi qəzet
ABŞ-da terror təhlükəsi ilə bağlı xəbərdarlıq səviyyəsi yüksəldilib. CBS Newsun məlumatına görə, bu addım ABŞ-la İran arasında artan gərginlik və regiondakı eskalasiya ilə əlaqələndirilir.
Musavat.com xəbər verir ki, iyunun 22-də ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə tabe olan Milli Terror Təhlükəsi Xəbərdarlıq Sistemi tərəfindən yayımlanan bülletendə konkret hücum planı barədə məlumat verilməsə də, proiran meylli hakerlərdən mümkün kiberhücum riski xüsusi vurğulanıb.
Bəyanatda qeyd olunur ki, İsrail-İran münaqişəsi ABŞ daxilində radikallaşmanı təşviq edə və bəzi ekstremist qrupları hücumlara təhrik edə bilər. Bu isə həm fiziki, həm də virtual təhlükəsizlik sahələrində əlavə tədbirlər görməyi zəruri edir.
Rəsmi qurumlar əhaliyə ayıq-sayıq olmağı və şübhəli halları dərhal müvafiq orqanlara bildirməyi tövsiyə edib.
Musavat.com
23 Iyun 2025
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ