Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın xüsusi təyinatlı qüvvələri və federal agentləri Los-Ancelesdə həyata keçirdikləri genişmiqyaslı əməliyyat zamanı erməni cinayətkar şəbəkəsinin 14 üzvünü saxlayıblar. Saxlanılanlardan 13 nəfəri erməni əsillidir və onlara deportasiya təhlükəsi var.
Musavat.com xəbər verir ki, İstintaq zamanı məlum olub ki, sözügedən cinayətkar qruplaşma Amerika yardım fondlarından qanunsuz yolla 30 milyon dollardan çox vəsait mənimsəyib. Pullar saxta şirkətlər vasitəsilə yuyulub, bir hissəsi isə Ermənistana köçürülüb. Cinayətkar şəbəkənin başçısı Uilyam Maqrayan erməni mütəşəkkil cinayət dəstələri ilə əlaqəli olub və amerikalılara qarşı silah gücü ilə təhdidlər edib.
Əməliyyat zamanı külli miqdarda nağd pul, silah-sursat, onlarla mobil telefon və müxtəlif sənədlər ələ keçirilib. Onlara qarşı “dələduzluq”, “cinayətkar sövdələşmə” və “pul yuyulması” kimi ağır ittihamlar irəli sürülüb.
ABŞ prokuroru məsələ ilə bağlı sərt açıqlama verib.
"Əgər siz sizə məxsus olmayan pulları mənimsəyirsinizsə, bizim növbəti qapını sındıracağımız ünvan sizin də eviniz ola bilər." ,- deyə o, bildirib.
Toğrul İSMAYIL,
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ