Onlayn ictimai-siyasi qəzet
ABŞ Olimpiya və Paralimpiya Komitəsi transgender qadınların qadın yarışlarında iştirakını qadağan edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yeni qaydalar prezident Donald Trampın sərəncamından sonra qüvvəyə minib.
“The New York Times” qəzetinin yazdığına görə, dəyişikliklər komitənin saytında rəsmi açıqlamalar olmadan sakit şəkildə edilib. Rəsmi sənədlərdə “transgender” ifadəsi işlədilməsə də, qaydaların prezident Donald Trampın sərəncamına uyğunlaşdırıldığı vurğulanır. Bu sərəncam transgender idmançıların qadınlarla eyni kateqoriyada yarışmasını qadağan edir.
İyulun 22-də komitə milli komandalara dəyişiklikləri təsdiqləyən məktub göndərib. Orada deyilir ki, qərar federal rəsmilərlə müzakirələrdən sonra qəbul edilib. Komitə mövcud qanunlara əməl etməyə borclu olduğunu vurğulayır.
Sənədlərdə qadağanın tam olaraq necə işləyəcəyi barədə ətraflı məlumat verilmir.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ