Onlayn ictimai-siyasi qəzet
Amerikanın maliyyə nəhəngi "BlackRock" 2025-ci ilin yanvar ayında Ukraynanın bərpasını dəstəkləmək məqsədilə yaradılan fond üçün investor axtarışını dayandırıb.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, fond Almaniya, İtaliya və Polşa hökumətləri tərəfindən dəstəklənən təşkilatlardan yardım almağa yaxın idi. Lakin mənbələrin bildirdiyinə görə, "BlackRock" Ukraynanın gələcəyi ilə bağlı artan qeyri-müəyyənlik və investor marağının azalması səbəbilə danışıqları dayandırmaq qərarına gəlib.
Bu proses ABŞ-də prezident vəzifəsinə Donald Trampın başlaması dövrünə təsadüf edib.
"Bloomberg" xatırladır ki, Tramp seçkiqabağı kampaniyasında Rusiya-Ukrayna münaqişəsini tez bir zamanda bitirməyi vəd etmişdi.
"BlackRock"un vitse-sədri Filipp Hildebrand bildirib ki, fondun uğurlu fəaliyyəti üçün ən azı 500 milyon dollar məbləğində dəstək – donor ölkələrdən, inkişaf banklarından və digər qrant verən qurumlardan, əlavə olaraq isə 2 milyard dollar həcmində özəl investisiya tələb olunur.
"BlackRock"un nümayəndəsi şirkətin 2024-cü ildə fondla bağlı ödənişsiz məsləhətçi missiyasını başa vurduğunu, hazırda isə Ukrayna hökuməti ilə hər hansı aktiv mandat çərçivəsində işləmədiyini deyib.
"Bloomberg"in məlumatına əsasən, "BlackRock" iyulun 10–11-də İtaliyada keçiriləcək Ukraynanın bərpası üzrə konfransda fondu təqdim etməli idi. Hazırda bu təşəbbüsün Fransa tərəfindən əvəzlənməsi ehtimal olunur. Lakin agentlik qeyd edir ki, ABŞ-ın dəstəyi olmadan bu planın nə dərəcədə səmərəli olacağı hələ ki, naməlumdur.
Musavat.com
06 Iyul 2025
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ