İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı

Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Musavat.com bildirir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

"Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq", - deyə sədr bildirib.

Deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.

Daha sonra Milli Məclis 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanatı müzakirəyə çıxarıb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR