 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Ədliyyə naziri Fərid Əhmədov 30-31 oktyabr tarixlərində Gəncə şəhərində vətəndaşları qəbul edib.
Nazirliyin Mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Qəbulda Gəncə şəhər və Samux, Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Kəlbəcər rayonlarından ümumilikdə 118 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ