Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar İranın mayeləşdirilmiş neft qazının (LPG, propan və butan qarışığı) nəqlinə görə iki fiziki şəxs və 12 quruma qarşı sanksiyalar tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumat Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında yer alıb.
Bildirilir ki, sanksiya yüz milyonlarla dollarlıq İran LPG və neftini xarici bazarlara ixrac edən İran vətəndaşı Seyid Əsədullah Emamjomeh və onun LPG daşıma şəbəkəsinə qarşı tətbiq olunub: “Bu gəlirlər İranın nüvə proqramı və ballistik raketlərin inkişafı da daxil olmaqla, terror qruplaşmalarına dəstək kimi zərərli fəaliyyətini maliyyələşdirir".
Onun sözlərinə görə, İran şirkətləri sanksiyalardan yan keçmək və xarici müştərilərə mal satmaq üçün daim öz şəbəkələrini yenidən təşkil edir: “ABŞ rejimin sabitliyi pozan davranışını maliyyələşdirən İran şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək".
Bu arada, İran və ABŞ-ın texniki nümayəndə heyətləri arasında aprelin 23-də keçirilməsi planlaşdırılan görüş aprelin 26-na təxirə salınıb. Bu barədə İran Xarici İşlər Nazirliyi Telegram kanalında məlumat yayıb: " İran və ABŞ-dan olan texniki ekspertlərin görüşü şənbə günü baş tutacaq".
Musavat.com
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ