Onlayn ictimai-siyasi qəzet
ABŞ İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumlarda nə iştirak etdiyini, nə də hər hansı bir yardım göstərdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mark Rubionun açıqlaması CNN telekanalı vasitəsilə yayımlanıb.
“Bu axşam İsrail İrana qarşı birtərəfli hərbi əməliyyatlar həyata keçirdi. ABŞ bu hücumlarda iştirak etməyib və heç bir yardım da göstərməyib. Hazırda bizim əsas prioritetimiz regionda yerləşən amerikalı hərbçilərin təhlükəsizliyidir,” – deyə Rubio bildirib.
O əlavə edib ki, İsrail bu əməliyyatların özünü müdafiə məqsədilə həyata keçirildiyini ABŞ tərəfinə bildirib.
“Prezident Tramp və onun administrasiyası regiondakı qüvvələrimizin qorunması və tərəfdaşlarımızla sıx koordinasiyanın təmin olunması üçün bütün zəruri addımları atıb,” – deyə dövlət katibi vurğulayıb.
Rubio həmçinin İranı ABŞ maraqlarına və hərbi personalına qarşı istənilən hücumdan çəkinməyə çağırıb:
“Bunu aydın şəkildə bildirmək istəyirəm – İran ABŞ-ın maraqlarına və ya personalına qarşı hücum etməməlidir".
Musavat.com
14 Iyun 2025
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ