İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ “Qızıl Qübbə”nin dəyərini açıqladı

ABŞ administrasiyası “Qızıl Qübbə” raketdən müdafiə sistemi üçün ümumilikdə təxminən 175 milyard dollar ayırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu məlumatı ABŞ prezidenti Donald Tramp Ağ Evdə Pentaqonun rəbəri Pit Heqsetlə birgə çıxışı zamanı yeni raketdən müdafiə sisteminin yaradılması üçün vəsaitin ayrıldığını elan edərkən açıqlayıb: "Bu Qızıl Qübbə layihəsi bizim mövcud hərbi imkanlarımızla birləşdiriləcək və mənim prezidentlik müddətimin sonuna kimi tam fəaliyyətə başlamalıdır”.

Dövlət başçısı qeyd edib ki, Kanada öz ərazisinin yeni sistemə daxil edilməsi üçün ABŞ-la əməkdaşlıqda maraqlıdır.

Tramp bildirib ki, artıq “quruda, dənizdə və kosmosda yeni nəsil texnologiyalardan, o cümlədən kosmosa əsaslanan sensorlar və tutucu qurğulardan istifadə edəcək bu qabaqcıl sistemin” arxitekturası rəsmən təsdiqlənib.

O deyib ki, Birləşmiş Ştatlar İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemində istifadə ediləndən “daha qabaqcıl texnologiyaya” malikdir: “Biz prezident Ronald Reyqanın 40 il əvvəl başladığı işi həqiqətən başa vuracağıq və Amerikaya raket təhlükəsini əbədi olaraq dayandıracağıq”.

Pentaqonun rəhbəri Pit Heqset isə bildirib ki, yeni sistem hətta nüvə raketlərini də tutmaq qabiliyyətinə malik olacaq: “Biz vətənimizi qanadlı, ballistik, hipersəs raketlərindən, adi və ya nüvə silahına malik pilotsuz təyyarələrdən qoruyacağıq”. O, yeni raketdən müdafiə sisteminin yaradılmasını “Amerikanın təhlükəsizliyinə mühüm investisiya” adlandırıb.

Qeyd edək ki, ABŞ-ın yeni müdafiə sistemi planı Rusiya və Çini ciddi şəkildə narahat edir. Mayın 8-də Rusiya prezidenti Vladimir Putin və Çin rəhbəri Si Cinpin arasında danışıqların yekunu üzrə qəbul edilmiş birgə bəyanatda iddia edilib ki, Amerikanın “Qızıl Qübbə” proqramı “sabitliyi dərindən pozur”. Sənədə görə, ABŞ-ın bu layihəsi istənilən raket təhdidlərindən, o cümlədən “bərabər və müqayisə olunan gücə malik olan” bütün növ raketlərdən qorunmaq məqsədi ilə qeyri-məhdud, qlobal, dərin qatlı və çoxsahəli raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. İki lider hesab edir ki, bu, qlobal strateji sabitliyin qorunmasının mərkəzi və əsas prinsiplərindən biri olan strateji hücum və strateji müdafiə silahları arasında qırılmaz əlaqənin tanınmasından tam və qəti imtina deməkdir. Bundan əlavə, tərəflər bildirirlər ki, sözügedən layihə raket silahlarının buraxılışdan əvvəl məhv edilməsinin kinetik və qeyri-kinetik vasitələrinin və onların istifadəsini təmin edən infrastrukturun gələcək inkişafına əlavə təkan verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR