İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ siyasətində iki güc arasında "soyuq müharibə" – Tramp və Mask partiyanı bölür

ABŞ Respublikaçılar Partiyasının üzvləri sahibkar İlon Maskın simasında düşmən qazanmaqdan qorxurlar və eyni zamanda, aralarında yaranan mübahisə fonunda ABŞ prezidenti Donald Trampı qəzəbləndirməməyə çalışırlar.

Musavat.com xəbər verir ki, bu məlumatı NBC telekanalı yayıb.

Telekanal respublikaçıları valideynləri çətin boşanan uşaqlarla müqayisə edib. NBC hesab edir ki, Tramp və Maskın hər ikisi ilə eyni vaxtda yaxşı münasibətlər saxlamaq çətin olacaq, çünki onlar "bir-birini təhqir edir, hədələyir və bir-birinin üstünə çamur atırlar". Qanunvericilər bu münaqişədən xüsusilə narahatdırlar, çünki Mask onların 2026-cı ildə keçiriləcək aralıq seçkilərində yenidən seçilməsinə mane ola bilər: "O, Respublikaçılara, Respublikaçılar Milli Komitəsinə, Nümayəndələr Palatasında oturacaqlara və bütün bu şeylərə əhəmiyyət vermir. O, onları məhv edəcək. İlon bu partiya məsələlərinin heç biri ilə maraqlanmır", - Maskın adı açıqlanmayan müşaviri televiziya şirkətinə Amerika lideri ilə fikir ayrılığını şərh edərkən deyib.

Ağ Evin mətbuat katibi Karolin Levitt isə Maskın ABŞ prezidenti Donald Trampın seks alverində və yetkinlik yaşına çatmayan qızlarla münasibətdə ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynin işi üzrə sənədlərdə yer alması ilə bağlı iddialarını “təəssüfləndirici” adlandırıb.

Leavitt CNN-ə deyib: "Bu, dövlət xərclərinin azaldılması ilə bağlı tək, böyük, gözəl qanun layihəsindən narazı olan İlon üçün təəssüfləndirici bir epizoddur, çünki bu, onu maraqlandıran müddəaları ehtiva etmir".

Bu arada Trampla söz davasına çıxan Maska Polşanın xarici işlər naziri Radoslav Sikorski istehza edib. O, X hesabında Maska ironik şəkildə “böyük adam” deyə müraciət edərək, ona “siyasətin onun düşündüyündən də mürəkkəb olduğunu” xatırladıb: "Bax, böyük adam, siyasət düşündüyünüzdən də mürəkkəb oldu". O, nəşrə Maskın mart yazısını əlavə edib və orada iş adamı Sikorskini "kiçik adam" adlandırıb - Amerikalı biznesmen Polşa nazirinin Maskın Starlink-in Ukrayna peyk rabitəsi terminalına xidmət göstərməsini dayandıra biləcəyi ilə bağlı narahatlığına belə cavab vermişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR