İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukrayna müharibəsindən dron təcrübəsini öyrənir – Tramp

ABŞ ordusu Ukraynada hərbi əməliyyatlar zamanı pilotsuz təyyarələrdən istifadə təcrübəsini fəal şəkildə öyrənir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Amerika lideri "West Point"də ABŞ Hərbi Akademiyasının məzunları qarşısında bildirib:

"İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, lakin siz elə bir biznes və iş sahəsindəsiniz ki, hər şey müharibə kimi sürətlə dəyişir. Təəssüf ki, biz bunu Rusiya və Ukraynada görürük. Biz bunu öyrənirik və bu, çox qorxulu bir şeydir, lakin biz müxtəlif döyüş formalarını görürük. Pilotsuz təyyarələrin bucaq altında, sürətlə və dəqiqliklə endiyini görürük. Biz heç vaxt belə bir şey görməmişik və bundan öyrənirik, sizin peşəniz çox sürətlə dəyişir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR