İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı - Trampdan böyük Senat var...

ABŞ Konqresinin Senatında Silahlı Qüvvələr Komitəsi Ukraynaya növbəti illər üçün nəzərdə tutulmuş irihəcmli hərbi yardım paketini təsdiqləyib.

Musavat.com xəbər verir ki, 2028-ci ilə qədər Ukraynaya 500 milyon dollar həcmində hərbi yardımın ayrılması qərara alınıb.

Bundan əlavə, komitənin təsdiqlədiyi 2026-cı il ABŞ müdafiə büdcəsi haqqında qanun layihəsi Pentaqon rəhbəri Pit Heqseti Ukrayna hökumətinə kəşfiyyat dəstəyi göstərməyə də məcbur edir. Söhbət kəşfiyyat məlumatlarının, analitik hesabatların və peyk görüntülərinin paylaşılmasından gedir.

Ekspertlər hesab edirlər ki, Vaşinqtonun bu addımı Ukraynaya uzunmüddətli dəstəyin təmin olunması və Rusiyaya qarşı təzyiqin davam etdirilməsi məqsədi daşıyır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR