Onlayn ictimai-siyasi qəzet
ABŞ və Avropa müttəfiqləri Ukraynada 30 günlük atəşkəsə dair yekun təkliflə bağlı razılığa gəliblər.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Moskva təklifi rədd edərsə, yeni və birgə sanksiyaların tətbiqi nəzərdə tutulur.
Fransa diplomatik qurumundakı mənbənin Reuters-ə dediyinə görə, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında 30 günlük qeyd-şərtsiz atəşkəs çağırışını təkrarlayıb və hərbi əməliyyatların davam edəcəyi təqdirdə tərəfdaşlarla birgə sanksiyaların tətbiqi mümkünlüyü barədə xəbərdarlıq edib.
Ukrayna çoxdan bu təkliflə razılaşıb, lakin Rusiya bu addımdan yayınmağa çalışır, xüsusən də faşist Almaniyasının məğlubiyyətinin 80-ci ildönümünü qeyd etmək üçün mayın 8-dən 10-dək birtərəfli qaydada üç günlük atəşkəs rejimi tətbiq etməklə. İndi Rusiya son seçim qarşısında qalacaq: "Biz layihəni hələ tam başa çatdırmamışıq, lakin ümid edirik ki, yaxınlaşma mərhələsindəyik. Yaxın saatlarda və ya günlərdə atəşkəs elan oluna bilər - ya 30 gün müddətinə, ya da mərhələli şəkildə, bu hələ də müzakirə olunur".
Jurnalistlərin həmsöhbətinin sözlərinə görə, hazırda Ukraynanın birtərəfli atəşkəs elan etməklə Putini fakt qarşısında qoyması, yoxsa Rusiyaya təklifin özünə cavab vermək üçün bir az vaxt verəcəyi ilə bağlı müzakirələr davam edir. Amma istənilən halda Rusiya bundan imtina edərsə, ona qarşı ABŞ və Aİ-nin yeni sanksiyaları tətbiq olunacaq.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ